“Qalatasaray” Vendelin transferi ilə bağlı son qərarını verdi

“Qalatasaray” “Zenit”in 26 yaşlı braziliyalı futbolçusu Vendelin transferi ilə bağlı danışıqları dayandırıb.

ONN media xəbər verir ki, məlumatı məşhur jurnalist Rudi Qaletti X sosial şəbəsindəki hesabında yazıb. İstanbul təmsilçisi son olaraq Vendelllə bağlı qarşı tərəfə təklif etsə də “Zenit” rəhbərliyi futbolçunu ucuz qiymətə satmayacaqlarını bildirib.

Bundan əvvəl yayılan məlumatda isə “Qalatasaray”ın Vendelə görə “Zenit”ə 17 milyon avro təklif etdiyini və tərəflərin razılığa gəlməyə yaxın olduğu deyilirdi.

Qeyd edək ki, yarımmüdafiəçi ötən mövsüm “Zenit”in forması altında 35 oyunda meydana çıxaraq 4 qol və 10 məhsuldar ötürmə ilə fərqlənmişdi. Transfermarktportalı Vendelin dəyərini 20 milyon avro olaraq müəyyənləşdirib.