Bingöldəki dəhşətdə ölənlərin sayı artıb

Türkiyənin Bingöl bölgəsində naməlum şəxs küçədə qarşısına keçən hamını bıçaqlayıb. 

ONN media xəbər verir ki, narkotik maddə aludəçisinin küçədə qətlə yetirdiyi adamlardan 4-ü ölüb.

Görüntülərdən hadisəni törədən şəxsin 20 yaşlı Emir Can Zazaoğlu olduğu ortaya çıxıb.

Yaralılardan ikisi Özcan Aydın və Fikri Carfiyerləşdirildiyi xəstəxanada vəfat ediblər. Digər 5 yaralının isə müalicələri davam etdirilir.

Emir Can Zazaoğlu məhkəməsi keçirildikdən sonra həbs edilib.