ONN İnformasiya Agentliyi

Güclü istilər 21 nəfərin həyatına son qoydu

Güclü istilər 21 nəfərin həyatına son qoydu
26 İyul 2024 - 14:53

Rəsmi məlumatlara görə, Mərakeşdə şiddətli istilər nəticəsində azı 21 nəfər ölüb.

ONN media xəbər verir ki, ölüm hallarının hamısı 24 saat ərzində Beni-Mellal şəhərində qeydə alınıb.

Ölənlərin əksəriyyətinin xroniki xəstəlikdən əziyyət çəkən yaşlı insanlar olduğu bildirilir. Hakimiyyət orqanları insanları günəş altına çıxmamağa və sağlamlıq problemləri yaranarsa, həkimə müraciət etməyə çağırıb. Yerli meteorologiya xidməti bazar ertəsindən çərşənbə gününədək ölkənin bəzi rayonlarında temperaturun 48 dərəcəyə qədər yüksələcəyi barədə xəbərdarlıq edib.

Mərakeşdə artıq altıncı ildir güclü quraqlıq hökm sürür ki, bu da aqrar sektordan çox asılı olan ölkədə işsizliyin artması ilə nəticələnib. Ekspertlərin fikrincə, qlobal iqlim böhranı ekstremal hava hadisələrinin tezliyini və intensivliyini artırır.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png