Kürdəmirdə ağır yol qəzası baş verib

Kürdəmir rayonu, Sorsor kəndi ərazisində iri tonnajlı yük avtomobili kanala aşıb, sıxılı vəziyyətdə qalan sürücü xilas edilib.

ONN media xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Bildirilib ki, qurumun “112” qaynar telefon xəttinə Kürdəmir rayonu, Sorsor kəndi ərazisində yol-nəqliyyat hadisəsinin baş verməsi və vətəndaşın avtomobildə sıxılı vəziyyətdə qalması barədə məlumat daxil olub.

Məlumatla əlaqədar dərhal FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin Kürdəmir rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri əraziyə cəlb olunublar.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, DAF markalı yük avtomobilinin idarəetməni itirərək yol kənarındakı su kanalına aşması nəticəsində yol-nəqliyyat hadisəsi baş verib və yük avtomobilinin sürücüsü deformasiyaya uğramış nəqliyyat vasitəsində sıxılı vəziyyətdə qalıb.

Yanğınsöndürən-xilasedicilər avtomobildə sıxılı vəziyyətdə qalan sürücü, 1990-cı il təvəllüdlü Yasin Şəfaqət oğlu Mirzəyevi xüsusi vasitələrin köməyi ilə xilas ediblər.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır