Dadlı meyvə salatı necə hazırlanır?

Meyvə salatları eyni vaxtda çox miqdarda vitamin istehlak etməkdə faydalıdır. Bu salatın üstünlüyü həm də şirniyyatlardan imtina etməyə kömək edir.

Lazım olanlar:

Qış üçün ləzzətli xiyar turşusunu belə hazırlayın – Bolqar üsulu
Əriklə nə bişirmək olar? – Qonaqlarınızı ovsunlayacaq fransız qəlyanaltısı
Kotlet hazırlayarkən ətinə turşu xiyar əlavə edin – Təəccüblənəcəksiniz 
 – təxminən 400 qram portağal;
 – bir neçə armud;
 – 2 şaftalı;
 – yarım kilo yemiş;
–  3 ədəd kivi
 – 2 xörək qaşığı ağcaqayın siropu (və ya maye bal);
 – bir stəkan təbii qatıq.

Hazırlanma qaydası

Yemişi qabığından ayırıb doğrayın. Şaftalıları dilimləyin. Armudun qabığını və toxumlarını çıxarın və kub şəklində doğrayın. Həmçinin kivini də kub şəklində doğrayın.

Tərkibləri bir qaba qoyun, ağcaqayın şərbətini və qatıq əlavə edin. Budur, dadlı meyvə salatınız hazırdır.

Meyvələr nə qədər şirin və şirəli olarsa, salat üçün bir o qədər yaxşıdır. Unutmayın ki, salatın son keyfiyyəti birbaşa istifadə etdiyiniz məhsullardan asılıdır. 

ONN İnformasiya Agentliyi
image_printÇap Et