“Qarabağ” “Linkoln”u qəbul edir

Bu gün UEFA Çempionlar Liqasıında 2-ci təsnifat mərhələsinin cavab oyunları keçiriləcək. 

ONN media xəbər verir ki, çempionumuz Bakıda Cəbəllütariq çempionu “Linkoln”u qəbul edəcək. Səfərdə rəqibini 2:0 hesabı ilə məğlub edən Ağdam təmsilçisi cütün taleyini böyük ölçüdə həll edib.

“Qarabağ” növbəti mərhələdə “Dinamo” (Minsk) – “Ludoqorets” (Razqrad) cütünün qalibi ilə üz-üzə gələcək. Bolqarıstan çempionu ilk qarşılaşmanı 2:0 hesablı qələbə ilə başa vurub.

Qeyd edək ki, “Qarabağ” – “Linkoln” matçı saat 20:00-da start götürəcək.