Su altında qalan kəndlərdə son durum necədir?

Son günlər havanın qeyri-sabit keçməsi Qəbələnin bəzi kəndlərində fəsadlar yaradıb.

Durucaçayının daşması nəticəsində Uludaş kəndinin sakinləri təhlükə ilə üz-üzə qalıblar, 80-ə yaxın şəxsi təsərrüfata ziyan dəyib.

“Neçə gündür ki, suda batırıq, selin içində qalmışıq. Təsərrüfat məhv olub gedib, həyətdə inək, toyuq-cücə, heç nə qalmayıb. Dərdimizi kimə deyək bilmirik, qapısını döymədiyimiz qurum qalmayıb”, – kənd sakini narazılığını bildirib.

Məsələ ilə bağlı Uludaş kənd inzibati ərazi dairəsindən bildirilib ki, problemin aradan qaldırılması üçün əraziyə texnikalar cəlb olunub, qısa müddətdə suyun qarşısı alınacaq