Bakıda sərnişin avtobusu ağır qəzaya düşdü
Bakıda “Xaliq Faiqoğlu” şirkətinə məxsus sərnişin avtobusunun iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib.
Bununla bağlı videogörüntü sosial şəbəkədə yayımlanıb.
Hadisə ilə bağlı Bakı Şəhər Dövlət Polisi İdarəsinə (BŞDYP) sorğu ünvanladıq.
İdarədən Oxu.az-a bildirildi ki, hadisə bu gün saat 06:15-də Nərimanov rayonu Ziya Bünyadov prospektində baş verib.
“Sərnişin avtobusu “KamAZ” markalı nəqliyyat vasitəsilə toqquşub. Hadisə nəticəsində xəsarət alan yoxdur”.
Baş vermiş hadisə ilə bağlı avtobusun məxsus olduğu “Xaliq Faiqoğlu” şirkətinə də sorğu ünvanlanıb.