ONN İnformasiya Agentliyi

Əhaliyə XƏBƏRDARLIQ – Daha da şiddətlənir

Əhaliyə XƏBƏRDARLIQ – Daha da şiddətlənir
05 Avqust 2024 - 9:41

Yer kürəsini vuran geomaqnit qasırğası güclənib.

ONN media Rusiyanın Tətbiqi Geofizika İnstitutunun məlumatına görə, qasırğa, yüksək G3 səviyyəsinə çatıb.

Alimlərin fikrincə, G3 səviyyəsi ən azı altı saat ərzində müşahidə olunub. Planetin maqnit sahəsinin pozulması beş səviyyəli şkala ilə ölçülür, burada G1 ən zəif dalğalanmalar, G5 isə ən güclü maqnit qasırğası deməkdir. G2-ə qədər olan göstərici praktiki olaraq hiss olunmur və ciddi nəticələrə səbəb olmur.

Əvvəllər ekspertlər maqnit qasırğalarının avqustun 3-ü və 4-ü həftəsonu Yer kürəsini vuracağını proqnozlaşdırırdılar. Gözlənilirdi ki, planetin maqnitosferində narahatlıq şənbə günü axşam başlayacaq və ən azı bazar günü günortaya qədər davam edəcək.

Qeyd edək ki, geomaqnit qasırğası meteohəssas, yaşı 60-dan yuxarı olanlar və hər hansı bir xəstəliyi olan insanlarda narahatlıq yarada bilər. Belə günlərdə başağrısı, başgicəllənmə, ürəkbulanma, əzələ və oynaqlarda ağrı və yuxusuzluq halları baş verə bilər.

Geomaqnit qasırğasının sağlamlığa mənfi təsirini azaltmaq üçün telefon, kompüter, planşet, televizor kimi əşyalardan minimum istifadə edilməlidir.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png