Bakı Ali Neft Məktəbinin (BANM) Xətai rayonunda yerləşən inzibati binası köçürülür.
ONN media-nın məlumatına görə, yeni tədris ilində Universitetin Xocalı prospektində yerləşən filialı başqa binada fəaliyyət göstərəcək.
Məlumata görə, Universitet fəaliyyətini bu il ləğv edilən Bakı Fransız Liseyinin binasında davam etdirəcək.
BANM-ın mətbuat katibi saytımıza açıqlamasında məlumatı təsdiqləyib. O, bu barədə yaxın vaxtlarda rəsmi məlumat veriləcəyini bildirib.
Bundan əvvəl sözügedən binada Türkiyə-Azərbaycan Universitetinin yerləşəcəyi xəbəri yayılıb.