ONN İnformasiya Agentliyi

Məhkəmə binasında atışma olub- ÖLƏNLƏR VAR

Məhkəmə binasında atışma olub- ÖLƏNLƏR VAR
06 Avqust 2024 - 22:03

Fransanın şərqindəki Müluz kommunasında məhkəmə binası qarşısında bir neçə nəfərin açdığı atəş nəticəsində ən azı bir nəfər həlak olub.

ONN media TASS-a istinadən xəbər verir ki, hadisə Robert Şuman prospektində baş verib.

Məlumata görə, iki nəfər motosikletlə küçə ilə hərəkət edərkən məhkəmənin yaxınlığında dayanmış avtomobildən onlara yaxın məsafədən atəş açılıb. Motosikletçilərdən biri yerindəcə keçinib, ikincisi isə ağır yaralanıb və xəstəxanaya yerləşdirilib.

Hücum edənlər qaçıblar.

Hazırda hadisə yerində məhkəmə polisinin müstəntiqləri işləyirlər. Əsas versiya kriminal elementlər arasında hesablaşma sayılır

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png