ONN İnformasiya Agentliyi

Prezident icra başçısını İŞDƏN ÇIXARDI

Prezident icra başçısını İŞDƏN ÇIXARDI
07 Avqust 2024 - 11:56

Tofiq İbrahimov Ağdaş Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.

ONN media xəbər verir ki, Prezident İlham Əliyev bu barədə Sərəncam imzalayıb.

Tofiq İbrahimov 1954-cü il yanvarın 1-də Qəbələdə anadan olub. O, 2004-cü ilin mart ayının 26-da Azərbaycan Prezidentinin sərəncamı Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib və Prezidentin 4 mart 2010-cu il tarixli sərəncamı ilə vəzifəsindən azad edilib. 4 mart 2010-cu ildən 14 aprel 2012-ci ilə kimi Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışıb.

Azərbaycan Respublikası Prezidentinin 14 aprel 2012-ci il tarixli Sərəncamı ilə Ağdaş Rayon İcra Hakimiyyətinin başçısı təyin olunub. Yeni Azərbaycan Partiyasının üzvüdür.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png