Boeing” şirkətinə aid raketlə kosmosa qalxan 2 astronavt Yerə qayıda bilmir.
ONN media xəbər verir ki, bu barədə Haberler.com məlumat yayıb.
Bildirilib ki, “Boeing”ə məxsus “Starliner” kosmik gəmisində olan iki NASA astronavtı gələn ilə qədər Yerə qayıda bilməyəcək. NASA astronavtların “Boeing”in rəqibi “SpaceX”ə aid bir kosmik gəmi ilə geri qaytarılması imkanını nəzərdən keçirdiklərini bildirib.
Astronavtlar Sunita Villiams və Butç Vilmor 6 iyun tarixindən bəri Beynəlxalq Kosmik Stansiyada bir həftəlik sınaq missiyasında iştirak ediblər.
Qeyd edək ki, “Starliner”in Yerə qayıdışı texniki problemlər səbəbindən dəfələrlə təxirə salınıb və NASA bu problemləri həll etmək üçün “Boeing”lə əlaqədədir.
Astronavtların 2025-ci ildə Yerə qayıdışı planlaşdırılır, bu isə “Boeing” üçün daha bir böyük zərbədir