ONN İnformasiya Agentliyi

Artıq çəki ilə necə mübarizə aparaq?

Artıq çəki ilə necə mübarizə aparaq?
08 Avqust 2024 - 17:56

Gündəlik həyatda və idmanda kiçik dəyişikliklər arıqlamağınıza kömək edə bilər.

Bu barədə fitnes məşqçiləri Xose Gevara və Karl Smit danışıblar.

Onlar artıq çəki ilə mübarizənin inanılmaz yollarını “The Sun”a müsahibə zamanı açıqlayıblar.

Gevara arıqlamaq üçün dişləri təmizləməyi və ağız boşluğunu axşam erkən saatlarında, təxminən 19:00 və ya 20:00 radələrində yaxalamağı tövsiyə edir. Çünki bu, şirin yemək arzusunu azalda bilər. Təmiz, nanəli dadın ağızda qalması şirniyyat tələbatını dayandırır.

Həmçinin məşqçi duş qəbul edərkən 30-60 saniyəlik soyuq suyu açmağı tövsiyə edir: “Soyuq su, bədəni soyuğa qarşı istilik istehsal edən və kalori yandıran qəhvəyi yağ hüceyrələrini aktivləşdirir”.

Karl Smit isə öz növbəsində fitnesə oyun elementini daxil etməyi təklif edir. Stenford Universitetinin alimləri “Pokemon Go” oyununun fiziki fəaliyyətə təsirini öyrəniblər və iştirakçıların 30 günlük dövrdə addımlarının sayını orta hesabla gündə 1473 addım artırdıqlarını aşkar ediblər.

Bundan əlavə, televizor qarşısında yemək vərdişindən imtina etməyi və ayaq üstə işləməmək tövsiyə olunur: “Tədqiqatlar göstərir ki, yaş, boy, çəki və cinsdən asılı olmayaraq, ayaq üstə durmaqla saatda 70-95 kalori yandırmaq mümkündür”.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png