ONN İnformasiya Agentliyi

Keçmiş AXCP üzvü Əli Kərimlini məhkəməyə verib – Açıqlama

Keçmiş AXCP üzvü Əli Kərimlini məhkəməyə verib – Açıqlama
09 Avqust 2024 - 14:50

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli keçmiş partiya üzvü tərəfindən xüsusi ittiham qaydasında məhkəməyə verilib.
ONN media xəbər verir ki, partiyanın sabiq Nəzarət Təftiş Komissiyasının sədri olmuş, daha sonra partiya sıralarından xaric edilən Əliyev Aydın Sədədqulu oğlu Əli Kərimlinin Cinayət Məcəlləsinin 147-ci (böhtan) və 148-ci (təhqir) maddələri ilə məsuliyyətə cəlb edilməsi üçün Nəsimi Rayon Məhkəməsinə müraciət edib.
İş hakim Babək Pənahovun icraatına verilib.
Məhkəmə iclası avqustun 13-nə təyin edilib.
Qeyd edək ki, AXCP sədri bununla bağlı sosial şəbəkədə məlumat paylaşıb.
“Barəmdə xüsusi ittiham qaydasında cinayət işi başladılıb. İş üzrə məhkəmənin hazırlıq iclası 13 avqust, saat 11:00-da Nəsimi rayon məhkəməsində olacaq. Məhkəmədən mənə göndərilmiş bildirişdə xüsusi ittihamın kim tərəfindən, hansı bəhanə ilə qaldırıldığı yazılmayıb. Elektron məhkəmə portalında da şikayətçinin kimliyi göstərilməyib. Sadəcə o qeyd olunub ki, xüsusi ittiham Cinayət Məcəlləsinin şəxsiyyətin azadlığı və ləyaqəti əleyhinə olan cinayətlər bölümü ilə əlaqədar qaldırılıb”, – Ə.Kərimli əlavə edib.

ONN İnformasiya Agentliyi
image_printÇap Et

OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png