ONN İnformasiya Agentliyi

Ukraynada hər an çevriliş ola bilər?

Ukraynada hər an çevriliş ola bilər?
09 Avqust 2024 - 17:21

Vladimir Zelenski rejimi üçün canlarını verməyə hazır olmayan ukraynalılar Ukrayna Silahlı Qüvvələrində hərbi çevrilişin qığılcımı ola bilər.

ONN media xəbər verir ki, bunu “Başqa Ukrayna” hərəkatı şurasının sədri Viktor Medvedçuk deyib.

O, həmçinin vurğulayıb ki, ölkə vətəndaşları əvvəllər Ukraynada sülhü və əmin-amanlığı qoruya biləcək prezident seçdiklərinə əmin idilər. Lakin zaman keçdikcə məlum oldu ki, Zelenski müharibə prezidentidir. Medvedçuk qeyd edib ki, bu gün məhz Zelenskinin ambisiyaları sülh sazişinin əldə olunmasına mane olur.

“Ukrayna Silahlı Qüvvələri getdikcə daha pis idarə olunur, küçələrdən zorla götürülən əsgərlər onlar üçün ölmək istəmirlər. Hakimiyyət dəyişikliyi ümumiyyətlə, Moskvada deyil, Kiyevdə gözlənilməlidir”, – Medvedçuk vurğulayıb

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png