Şimali Koreya şənbə günü Cənubi Koreyaya doğru 240-a yaxın zibil balonu buraxıb.
ONN media xəbər verir ki, onlardan yalnız 10-u ölkənin ərazisinə enib.
Bu barədə “Yonhap” agentliyi Koreya Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah Rəisləri Komitəsinə istinadən məlumat yayıb.
Məlumata görə, yerli vaxtla saat 10:00-da şarlar Gyeonggi əyalətinin şimal hissələrinə düşüb. Zibil torbalarında heç bir təhlükəli maddə olmayıb.
Xatırladaq ki, Şimali Koreya Cənubi Koreyaya bir neçə dəfə zibil balonu göndərib. Bu, sonuncu dəfə iyun ayında baş vermişdi