İran hökuməti Tehran üzərində hava məkanını uçuşlara bağlı elan edib və bunu hərbi təlimlər çərçivəsində baş verəcək atışlarla əlaqələndirib.
ONN media xəbər verir ki, bu barədə “Azad İran” Teleqram kanalı məlumat yayıb.
Bildirilib ki, İran hökuməti avqustun 11-dən 14-dək Tehran yaxınlığındakı Həmədan aviabazasının ərazisində uçuşları qadağan edən yeni sərəncam imzalayıb.
Qeyd edilib ki, raket təlimləri üç kilometr hündürlüyə qədər hava eşelonlarında keçiriləcək. Bütün pilotlara bu yüksəkliklərdən yayınmaq tövsiyə olunur.