ONN İnformasiya Agentliyi

Azərbaycan tarixi uğura imza atıb

Azərbaycan tarixi uğura imza atıb
11 Avqust 2024 - 17:20

Azərbaycan Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarını 30-31-ci pillələrdə başa vurmaqla tarixinin ən yaxşı göstəricisinə imza atıb.

ONN media xəbər verir ki, aktivində 2 qızıl, 2 gümüş və 3 bürünc mükafat olan komandamız yarış cədvəlində sözügedən mövqeyi Xorvatiya ilə bölüşüb.

Yığmamızın qərarlaşdığı 30-cu yer olimpiadalar tarixində ən yaxşı nəticə kimi tarixə düşüb. Bununla da ölkəmiz 32-ci yeri tutduğu London-2012-nin Yay Olimpiya Oyunlarındakı nəticələrini üstələyib.

Qeyd edək ki, Azərbaycanın heyətində cüdoçular Hidayət Heydərov (73 kq) və Zelim Kotsoyev (100 kq) olimpiya çempionu olublar. Taekvondoçu Qaşım Maqomedov (58 kq), boksçu Alfonso Dominqes gümüş, yunan-Roma güləşçisi Həsrət Cəfərov (67 kq) və sərbəst güləşçilər Giorgi Meşvildişvili (125 kq) ilə Maqomedxan Maqomedov (97 kq) bürünc medala sahib çıxıblar

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png