ONN İnformasiya Agentliyi

Minaya düşən şəxsin son durumu necədir?

Minaya düşən şəxsin son durumu necədir?
12 Avqust 2024 - 13:01

Şahbuzda minaya düşən şəxsin son vəziyyəti açıqlanıb.

ONN media xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublika Xəstəxanasının Reanimasiya Şöbəsinin şöbə müdiri Azər Məmmədov məlumat yayıb.

O bildirib ki, avqustun 11-i axsam saat 21:20 radələrində Şərur rayon sakini Bəxtiyar Soltanov bədən nahiyəsinin müxtəlif yerlərində xəsarətlərlə təcili tibbi yardım şöbəsinə daxil olub:

“Vəziyyəti hazırda ağır qiymətləndirilərək reanimasiya şöbəsinə yerləşdirilib. Hazırkı diaqnozu açıq kəllə beyin travması, qansızma, baş-beyin ağır dərəcədə əzilməsi ilə reanimasiya şöbəsində müalicəsi davam etdirilir. Hazırda vəziyyəti ağırdır”.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png