ONN İnformasiya Agentliyi

Ermənilər Azərbaycanla sərhəddə xidmət etməkdən imtina etdi

Ermənilər Azərbaycanla sərhəddə xidmət etməkdən imtina etdi
12 Avqust 2024 - 15:31

Erməni polis qüvvələri Azərbaycanla sərhəddəki postlarda xidmət etməkdən imtina ediblər.

ONN media xəbər verir ki, bu barədə erməni jurnalist Oskan Sərkisyan məlumat yayıb.

O bildirib ki, polislərə sərhəddə xidməti üçün aylıq 180 min dram (təxminən 800 manat) ödənilirmiş, bir müddət öncə isə bu məbləğ 120 min drama qədər azaldılıb.

O qeyd edib ki, məbləğ azaldılandan sonra polislər sərhəddə xidmətdən imtina ediblər.

Xatırladaq ki, əsgər çatışmazlığı səbəbindən Ermənistan sərhəddə polislərin günəmuzd xidmətini təşkil edir.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png