ONN İnformasiya Agentliyi

Hələ də su verilməyən ərazilərlə bağlı AÇIQLAMA

Hələ də su verilməyən ərazilərlə bağlı AÇIQLAMA
17 Avqust 2024 - 12:53

Oğuz-Qəbələ-Bakı kəmərindəki təmir-bərpa işlərinin tam yekunlaşmasından sonra bəzi ərəzilərə suyun qrafikə uyğun verilə bilməməsinin səbəbi magistral xəttin doldurulma prosesinin davam etməsidir.

ONN media  xəbər verir ki, bu barədə İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti məlumat yayıb.

Bildirilib ki, texniki qaydalara uyğun olaraq, suyun verilmə rejiminin tədricən bərpası prosesi gedir.

Artıq 80 faiz ərazi içməli su ilə təmin edilib. Günorta saatlarından sonra suyun digər ərazilərə də çatması mümkün olacaq.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png