Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) meymunçiçəyi xəstəliyi ilə bağlı vaksinasiyaya çağırıb.
ONN media xəbər verir ki, bu barədə qurumun sözçüsü Marqarit Harrisi danışıb.
“Suçiçəyi xəstəliyinə qarşı vaksin meymunçiçəyi üçün də keçərlidir. Çünki sözügedən xəstəliyin yayılmasının qarşısının alınması COVİD-19-a nisbətən daha asandır. Meymunçiçəyinin iki növü var: “Klad-1” və “Klad-2”: “Biz “Klad-1”in yayılmasından narahatıq. Çünki çox sürətlə yayılır. Xüsusilə uşaqlar arasında ölüm halları çoxdur”, – M. Harrisi bildirib.
Onun sözlərinə görə, əsas narahatlıq xəstəliyin çox sürətlə yayılması ilə bağlıdır.
ÜST rəsmisi hələ ki qapanmalara ehtiyac olmadığını vurğulayıb.
“Amma meymunçiçəyinin bütün dünyaya yayılmasını və pandemiya çevrilməsini istəmirik”, – Harrisi qeyd edib.