Xətai ratonunda partlayan su borusunun təmir edilməməsinin səbəbi bilinib.
İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin Mətbuat xidmətindən verilən məlumata görə, buna səbəb borunun ağacın dibində yerləşməsidir:
“Xətai rayonu Kazımağa Kərimov küçəsində ağacın dibindən keçən su xəttində sızıntı baş verib. Borunu bərpa etmək üçün ərazi qazılmalıdır, lakin qazıntı zamanı ağacın aşma ehtimalı olduğundan müvafiq qaydalara uyğun olaraq əvvəlcə Bakı Şəhər İcra Hakimiyyəti və Xətai Rayon İcra Hakimiyyətinə icazə üçün müraciət ünvanlanıb. Qeyd olunan qurumlardan icazə daxil olan kimi İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin Xətai Rayon Sukanal İdarəsinin qəza briqadası axıntının qarşısını alaraq bərpa işlərini həyata keçirəcəklər”.