Türkiyənin paytaxtı Ankarada meymun çiçəyi xəstəliyinə tutulduğu iddia edilən və karantinə alınan xəstələrin olması ilə bağlı iddialardan sonra Ankara Vilayəti Sağlamlıq Müdirliyi açıqlama verib.
ONN media xəbər verir ki, açıqlamada deyilənlərin həqiqəti əks etdirmədiyi bildirilib.
Sağlamlıq Müdirliyinin yazılı açıqlaması belədir:
“Son zamanlar müxtəlif mətbuat orqanlarında Ankarada meymunçiçəyi xəstəliyinə yoluxma şübhəsi olan və karantinə alınan xəstələrin olması ilə bağlı yayılan iddialarla bağlı ictimaiyyətin məlumatlandırılmasına ehtiyac var. Ankaradakı səhiyyə ocaqlarımızın heç birində meymun çiçəyi xəstəsi yoxdur. Bu cür iddialar lazımsız təşviş mühiti yaratmaq məqsədi daşıyan əsassız məlumatdır”.