ONN İnformasiya Agentliyi

Hicablı müəllimləri imtahanda qəsdən kəsiblər? – Açıqlama

Hicablı müəllimləri imtahanda qəsdən kəsiblər? – Açıqlama
28 Avqust 2024 - 13:33

Sosial şəbəkədə yayılan hicablı müəllimlərin işə qəbul müsabiqəsinin müsahibə mərhələsindən kəsilməsi ilə bağlı iddialar əsassızdır.

ONN media xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) Ümumi təhsilin təşkili şöbəsinin müdir müavini Nurlan İsmayılbəyli MİQ-lə bağlı keçirilən brifinqdə deyib.

Onun sözlərinə görə, ümumilikdə müsabiqə müddətində heç bir dini və ya cinsiyyət baxımından ayrı-seçkilik edilmir:

“Bəzən də hər hansı komissiyanın fəaliyyətinin qərəzli olmasını deyirlər. Halbuki 30 fərqli komissiya var və hər biri də təlimdən keçən şəxslərdir. Onların əsas işi müsabiqənin şəffaf keçirilməsini təmin etməkdir. Narazılıqlar həmişə var və olacaq. Əsas odur ki, heç vaxt ayrı-seçkilik halı olmur”.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png