Evdə acılı əzmə necə hazırlamaq olar?

Tərkibi:
2 böyük pomidor,
Yarım dəstə təzə soğan,
Yarım dəstə cəfəri,
Yarım şorba qaşığı bibər tomatı,
4 diş sarımsaq,
2 ədəd sivri bibər,
1 şirniyyat qaşığı nanə,
1 şirniyyat qaşığı duz,
1 şirniyyat qaşığı qırmızı bibər,
Yarım limon suyu,
Nar turşusu,
Yetərin qədər zeytun yağı,

Hazırlanması:
Pomidor, bibər, cəfəri, təzə soğanı çox incə bir şəkildə doğrayın.
Mətbəx robortundan keçirtməyin.
Tomat, duz, nanə və pul bibəri möhkəm qarışdırın ki, tomat ərisin.
Doğranmış ərzaqları və əzilmiş sarımsağı da əlavə edib qarışdırın.
Arzuya görə limon suyu və yaxud da nar turşusu əlavə edə bilərsiniz.
Salatınız servisə hazırdır. 

Nuş olsun!