Türkiyənin Adana vilayətində yenidən zəlzələ qeydə alınıb.
ONN media xəbər verir ki, bu barədə AFAD-ın rəsmi internet səhifəsində məlumat yayılıb.
Bildirilib ki, vilayətin Saimbeyli rayonunda baş verən yeraltı təkan Rixter şkalası ilə 3.7 ballıq maqnituda ilə qiymətləndirilib.
Ocağı yerin 13.1 kilometr dərinliyində yerləşən zəlzələdən sonra itki və dağıntılar barədə məlumat verilməyib.