ONN İnformasiya Agentliyi

Azərbaycanda ayı yaşlı kişiyə hücum etdi

Azərbaycanda ayı yaşlı kişiyə hücum etdi
29 Avqust 2024 - 20:53

Oğuz rayonunda ayı 62 yaşlı kişiyə hücum edərək yaralayıb.

ONN media xəbər verir ki, hadisə Xalxal kəndinin inzibati ərazisindəki yaylaqda baş verib.

Belə ki, Calut-2 qəsəbəsində məskunlaşmış, Xocalı rayon sakini, 1962-ci il təvəllüdlü Bakir Sabir oğlu Əliyev yaylaq ərazidə mal-qara otararkən ayı anidən heyvanlara hücum çəkib. Bu zaman heyvanları xilas etmək istəyən sakin özü də ayının hücumuna məruz qalıb. Əlindən və ayağından xəsarət alan Bakir Əliyev Oğuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png