ONN İnformasiya Agentliyi

DƏHŞƏTLİ OLAY- Ayı sakinə hücum etdi

DƏHŞƏTLİ OLAY- Ayı sakinə hücum etdi
30 Avqust 2024 - 21:27

Ayı Oğuz sakininə hücum edib.

ONN media xəbər verir ki, hadisə rayonun Xalxal kəndinin “Kor dərə” adlanan dağlıq ərazisində qeydə alınıb. Belə ki, “Calut-2” qəsəbəsində məskunlaşmış Xocalı rayon sakini, 62 yaşlı Bakir Əliyev yaylaq ərazisində mal-qara otararkən ayı anidən heyvanlara hücum edib. O, heyvanları xilas etmək istəyərkən ayı ona da hücum edib.

Ağır xəsarətlər alan Bakir əliyev əvvəlcə Oğuz Rayon Mərkəzi Xəstəxanasına gətirilib və ilk yardım göstərilib. Vəziyyəti ağır olduğu üçün daha sonra Şəki Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Onun müalicəsi xəstəxanada davam etdirilir

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png