Türkiyənin reytinqli “Yalı Çapkını” serialında Seyran obrazını canlandıran Arfa Saraçoğlu imicini dəyişib.
ONN media xəbər verir ki, saçlarını kəsdirən aktrisa qısa saçları ilə sosial mediada diqqət mərkəzinə çevrilib.
Serialın 3-cü sezon çəkilişlərindən saçlarının son görünüşünü paylaşan Saraçoğlunun fotosu qısa zamanda sosial mediada müzakirə mövzusu olub. Saraçoğlunun qısa saçları izləyicilərinin diqqətindən yayınmayıb. Onlar fotoya təriflər yağdırıb.
Qeyd edək ki, “Yalı Çapkını” serialı üçüncü sezonu ilə ekranlara qayıtmağa hazırlaşır. Teleserial komandası dünən çəkiliş meydançasına yollanıb. Serialın üçüncü sezonunun sentyabrın 13-də açılması planlaşdırılır.