ONN İnformasiya Agentliyi

Bu heyvanı ovlayanlar 30 milyon cərimələnəcəklər

Bu heyvanı ovlayanlar 30 milyon cərimələnəcəklər
04 Sentyabr 2024 - 17:19

Türkiyə Təbiəti Mühafizə və Milli Parklar Baş İdarəsi ovlanan heyvanlara görə ödəniləcək cərimələrin miqdarını açıqlayıb.

ONN media xəbər verir ki, ovlanmağı qadağan olunan heyvanlardan biri Anadolu bəbiridir. Onu ovlayanlar  30 milyon lirə (1 milyon 500 min AZN) cərimələnəcəklər.

O cümlədən 2 ildən 5 ilə qədər də həbs olunacaqlar. Bu heyvanın nəsli tamamilə kəsilməkdədir.

Anadolu bəbiri sonuncu dəfə Qərbi Aralıq dənizində görünüb.

Bundan başqa, Anadolu qoyunlarını ovlayanlar 6 milyon TL (500 min AZN), zolaqlı kaftarı ovlayanlar isə 2,5 milyon TL (125 min AZN) cərimələnəcəklər.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png