Bakının ən böyük prospektlərindən biri bağlanır

8 Noyabr prospektində hərəkətə məhdudiyyət tətbiq edilib.

ONN media xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.

Qeyd edilib ki, Xətai rayonu, 8 Noyabr prospekti və Ramiz Quliyev küçəsinin kəsişməsi, mərkəz istiqamətində aidiyyəti dövlət qurumu tərəfindən təmir işləri aparılır. Bu səbəbdən qeyd edilən istiqamətdə avtomobillərin hərəkətinə qısa müddətli məhdudiyyət tətbiq edilib.

ONN İnformasiya Agentliyi
image_printÇap Et