Neft və qızıl bahalaşdı

İranın İsrailə mümkün raket hücumu ilə bağlı xəbərlər fonunda neft və qızıl qiymətləri kəskin bahalaşıb.

https://publika.az/

Londonun ICE birjasında Brent markalı neftin dekabr fyuçerslərinin dəyəri 2,84% artaraq bir barelə görə 73,74 dollar olub. Eyni zamanda, Çikaqo əmtəə birjasında (CME) dekabr qızıl fyuçerslərinin qiyməti 1,24% artaraq 1 unsiya üçün 2692,4 dollar olub.

CNBC telekanalı ABŞ prezident administrasiyasının nümayəndələrinə istinadən xəbər verib ki, İranın İsrailə yaxın gələcəkdə ballistik raketlərdən istifadə etməklə həyata keçirilməsi planlaşdırılan hücuma hazırlaşdığı barədə ABŞ məlumatlar əldə edib.

İsrailin İranın dəstəklədiyi Hizbullah qruplaşmasının mövqelərinə silsilə hava zərbələri endirməsindən sonra son bir həftə ərzində Yaxın Şərqdə gərginlik kəskin şəkildə artıb.

“Rapidan Energy”nin prezidenti Bob Maknelli verdiyi açıqlamada qeyd edib ki, əgər İran hücum etsə, eskalasiya dövrü sürətlə güclənə və bu, davamlı, hətta artan geosiyasi riskə səbəb ola bilər

ONN İnformasiya Agentliyi
image_printÇap Et