İsrail qırıcılarını İrana göndərir: bu hədəflər vurulacaq
“Biz ölkəmizə raket hücumunu müharibə elanı kimi qiymətləndiririk. İsrail İrana qarşı hərbi əməliyyatlar aparacaq”.
ONN media xəbər verir ki, bu sözləri İranın İsrailə raket hücumları ilə bağlı danışan tanınmış politoloq və İsrailin keçmiş dövlət xadimi Yakov Kedmi deyib.
Politoloq İranın hücumundan sonra hadisələrin necə inkişaf edə biləcəyini açıqlayıb:
“Bunun necə olacağını bilmirəm: hansı həcm və dərinlikdə. Güman etmək olar ki, ilk hədəflər nüvə silahının hazırlanması və istehsalı ilə məşğul olan bütün zavodlar və yeraltı bunkerlər olacaq. Bundan sonra hökumət qərar verəcək. Çox güman ki, cavab İranı hücumdan tamamilə çəkindirmək üçün olacaq. Hücumun həm raket, həm də təyyarə ilə həyata keçiriləcəyi ehtimal edilir. Hava hücumundan müdafiə sistemi sıxışdırılacaq və İran hava qüvvələri məhv ediləcək. Bu halda hədəflər İranın neft və qaz sənayesi olacaq. Onun limanları, neft emalı zavodları, enerji təchizatı sistemi… Eyni zamanda hərbi sənayesi də hədəf olacaq”, – Kedmi qeyd edib.
Xatırladaq ki, ötən gün axşam saatlarında İran öz ərazisindən İsrailə kütləvi raket zərbələri endirib. SEPAH İsrailə raket atdığını təsdiqləyib və Təl-Əvivin hücuma cavab verəcəyi təqdirdə sərt cavab veriləcəyini vəd edib. Hücum nəticəsində İran raketləri İsrailin 20-dən çox F-35 təyyarəsini, həmçinin Aşkelon şəhərindəki qaz platformalarını vurub.