Bu gün Moskvada faşizm üzərində Qələbənin 76-cı ildönümünə həsr olunmuş hərbi parad paşlayıb.
ONN media xəbər verir ki, paradı Quru Qoşunlarının Baş Komandanı, ordu generalı Oleq Salyukov idarə edir.
Paradda 12 mindən çox hərbçi iştirak edəcək. Bundan başqa, 190-dan çox hərbi texnika, 76 helikopter və təyyarə Qırmızı Meydandan keçəcək.