ONN İnformasiya Agentliyi

ABŞ-da sel qurbanlarının sayı 26-ya çatdı

ABŞ-da sel qurbanlarının sayı 26-ya çatdı
1-08-2022, 08:43

ABŞ-ın Kentukki ştatında daşqınlar nəticəsində ölənlərin sayı 26 nəfərə çatıb.

ONN media xarici KİV-lərə istinadla xəbər verir ki, ştatın qubernatoru ölənlərin sayının artdığını bildirib, həmçinin bir çox şəhərlərdə böyük dağıntıların baş verdiyini qeyd edib. “Ölənlərin sayı 26-ya çatıb və artmaqda davam edəcək. Dağıntılar irimiqyaslıdır, çoxlu sayda ailə evlərini itirib və yaxın günlərdə daha çox yağıntı gözlənilir”, - deyə o qeyd edib.

ABŞ Prezidenti Cozef Bayden leysan yağışların səbəb olduğu daşqını təbii fəlakət adlandırıb. Dövlət başçısı qeyd edib ki, Kentukkiyə federal yardım göstərmək barədə qərar qəbul edib

OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png