ONN media dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir
Qoç - mübarizəyə hazır olun. Qələbə asan olmayacaq. Müsbət təmayüllərin təsiri saatlar keçdikcə azalacaq. Problemlər və çətinliklərin sayı artır.
Müşkül məqamlar işlə yanaşı, evdə və küçədə də yarana bilər. Maliyyə itkiləri istisna deyil.
Günün ikinci yarısında xərclər nəzərdə tutulduğundan artıq ola bilər.
İşdə həmkarlar və rəhbərliklə münasibətləri korlamayın. Davranışınızı dəyişin, inad etməyin. Belədə bir sıra çətinliklərin yaranmasının qarşısını ala bilərsiniz.
Axşam saatlarında normal istirahət edin.
Buğa - düşünülməmiş addımlar atmayın, tələskənliyə yol verməyin. Günün ilk yarısında önəmli işlərə başlamayın, mühüm qərarlar qəbul etməyin. Emosiyaların təsiri altına düşməyin. Təxribatlara uymayın, hisslərin əsiri olmayın.
Belə davranışınızdan sizə yaxşı heç nə arzulamayan insanlar yararlana bilərlər.
Günün ikinci yarısında etibar etdiyiniz insan sizə zərbə vuracaq. O, hisslərinizi ələ salacaq, sonra da sirrinizi faş edəcək.
Müsbət təmayüllərin təsiri artacaq. Bu yaxınlarda baş vermiş hadisələri təhlil edin, dürüst nəticəyə gəlin. Davranış modelində zəruri dəyişikliklər edin.
Axşam saatlarında romantik münasibətlər istisna deyil.
Əkizlər - günün ilk yarısında başladığınız işlərdə uğur qazana bilərsiniz. Şanslarınızdan yararlanın. Müsbət təmayüllərin təsiri uzun müddət davam etməyəcək. Yaranmış situasiyadan faydalanın. Sürətlə və qısa müddətdə başa vura biləcəyiniz işə üstünlük verin.
Yalnız nüfuzlu müttəfiqlər sizi dəstəkləyərsə, genişmiqyaslı layihələrə başlaya bilərsiniz.
Günün ikinci yarısında tanışlıqlar xoş münasibətlərin əsasını qoya bilər. Karyera müstəvisində irəliləyiş və maliyyə imkanlarını yaxşılaşdırmaq imkanları var.
Axşam saatlarında normal istirahət edin.
Xərçəng - gün asan olmasa da, məhsuldardır. İşlərin çoxluğu və tər içində çalışmaq perspektivi sizi qorxutmasın, çəkindirməsin. Bacarıqlarınızı və peşəkar fəaliyyətdəki imkanlarınızı nümayiş etdirin. Bilin ki, özünüzlə bağlı xoş təəssürat yaratmağa çalışdığınız insan səylərinizi görməyəcək.
Biliklərinizi göstərməkdən çəkinməyin. Özünüzü tərifləməyin.
Günün ikinci yarısında ünsiyyətdə problemlər yarana bilər. Müttəfiq saydığınız insan sizdə təəssüf hissi yaradacaq addım atacaq.
Axşam saatlarında səhhətinizdə problemlərin yaranması istisna deyil.
Şir - son vaxtlar yaranan ideyalardan birini reallaşdırmaq olar. Başladığınız işi bitirin. Yeni tərəfdaşlar və əməkdaşlarla işbirliyi üçün münasib zamandır.
İşgüzar fəaliyyətlə yanaşı, şəxsi münasibətlərdə irəliləyişlər ola bilər.
Münaqişələrə rəvac verməyin.
Günün ikinci yarısında mübahisələrə qatılmayın. Əks təqdirdə təmaslar sürətlə korlana bilər. Rəqiblərin sayını artırmayın.
Praqmat olun, soyuqqanlı davranın.
Axşam saatlarında gəzintiyə çıxın.
Dolça - yaranmış qeyri-müəyyən, ağır situasiyadan faydalanın. Peşəkar fəaliyyət müstəvisindəki mövqelərinizi möhkəmləndirmək, yaxşı gəlir əldə etmək imkanları var. İntriqalara meylli olmayın, başqasının etibarından sui-istifadə etməyin.
Vicdanlı və ədalətli olun. Düşünülməmiş addımlar atmayın.
Günün ikinci yarısı şəxsi münasibətlər baxımından əlverişli zamandır. Hisslər güclü, emosiyalar qarşılıqlı olacaq. Qarşılıqlı anlaşamaya nail olmaq çətin deyil. Yaşam potensialının səviyyəsi yüksəkdir. Səhhətinizdə problemlər yaranmayacaq.
Balıqlar - ortaq işgüzar maraqlarınızın olduğu insanlardan biri sizə təzyiq göstərmək istəyəcək. O, sizə sərfəli olmayan qərar verməyinizə nail olmağa çalışır. Sakitləşin. Emosiyalarınızın qaydaya düşməsi üçün zaman gərəkdir.
Başqalarının məsləhətlərini və mövqelərini qulaqardına vuraraq bildiyiniz kimi hərəkət edin.
Günün ikinci yarısında peşəkar fəaliyyət və kommersiya ilə bağlı məsələlərin həllini təxirə salmayın.
Axşam saatlarında romantik münasibətlər yetərincə harmonik olacaq. Bədbin təxəyyülünüzü gücləndirməyin. Hər şey yaxşı olacaq.// Milli.az