ONN İnformasiya Agentliyi

Şəkidəki tarixi məbədi kim dağıtdı?

Şəkidəki tarixi məbədi kim dağıtdı?
29-07-2024, 17:42

Şəkidə yerləşən Zəyzid məbədi məhv olmaq təhlükəsi ilə üz-üzədir.

Tarix müəllimi Vaqif Abdullayev 1000 illik tarixi abidənin bəzi hissələrinin dağıdıldığını iddia edir.

"Burada qazılan quyu əvvəllər yox idi. Çox güman ki, zinət əşyaları axtarmaq üçün qazıblar. Bəlkə də, 5 il sonra burada tarixi abidədən heç nə qalmayacaq", - deyə o söyləyib.

Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən məsələ ilə bağlı bildirilib ki, Zəyzid məbədi tarix-mədəniyyət abidəsi kimi dövlət mühafizəsindədir:

"Tarixi abidənin qorunması və ətrafının abad saxlanılmasına Dövlət Xidməti tərəfindən nəzarət olunur. Məbəd investisiya layihələrinin siyahısına daxil edilib və bərpası planlaşdırılır"

OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png