Dünya birjalarında neft qiymətlərində ucuzlaşma yenə davam edib.
ONN media xəbər verir ki, bu gün “Brent” markalı neftin bir barreli daha 1 dollar ucuzlaşaraq, 61,28 dollara düşüb. Yüngül neft isə 52,36 dollaradır.
Qeyd edək ki, ötən gün səhər saatlarında “Brent” 62,74 dollara satılırdı.