Bakı – Şarm əl – Şeyx – Bakı birbaşa çarter reysi açılıb.
ONN media xəbər verir ki, bu barədə bu gün Bakıda keçirilən mətbuat konfransında Misirin turizm naziri Raniya əl-Maşat bildirib.
Onun sözlərinə görə, bu reys müntəzəm xarakter daşıyır və cari ilin 18-dən etibarən hər cümə axşamı həyata keçiriləcək.
Bakı ilə Şarm əl-Şeyx arasında birbaşa uçuşların açılması Azərbaycanla Misir arasında səyahət müddətini əhəmiyyətli dərəcədə azalda və bütün narahatlıqları aradan qaldıra bilər.
Beləki, uçuş vaxtı cəmi 3 saat təşkil edir. Reys “SCAT Airlines” şirkəti tərəfindən açılıb və rahat Boeing 757-200 təyyarələr vasitəsilə həyat keçiriləcək.
Turun minimum qiyməti 399 dollar və yuxarıdır. Qiymətə sığorta, ərzaq, transfer və digər bonuslar daxildir.