Xaçmazda orta məktəbin həyətində kişi meyiti tapılıb.
ONN media xəbər verir ki, ölən şəxsin Xaçmaz şəhər sakini, 1976-cı il təvəllüdlü Bağırov Rafiq Mustafa oğlu olduğu müəyyənləşib. İlkin məlumata görə, meyitin üzərində hər hansı zorakılıq əlamətləri müşahidə olunmayıb.
Faktla bağlı araşdırmalar davam etdirilir.