ONN media Dövlət İmtahan Mərkəzinə (DİM) istinadən xəbər verir ki, Apelyasiya Komissiyasına daxil olan ərizələr araşdırılıb və müraciət edən şəxslər DİM-ə dəvət olunaraq komissiya üzvləri tərəfindən müraciətləri ilə bağlı izahat verilib (regionlarda yaşayan şəxslərlə isə telefon vasitəsilə əlaqə saxlanılıb, apelyasiyanın nəticəsi bildirilib və müraciətləri ilə bağlı müvafiq izahat verilib).
Apelyasiyaya müraciət edənlərdən 79 abituriyentin (bütün imtahan verənlərin 0,28%-i) cəmi 83 tapşırıq (bütün tapşırıqların 0,03%-i) üzrə qiymətində dəyişiklik edilib, digər iddialarla bağlı isə abituriyentlərə yazı işinin yerinə yetirilməsində yol verdikləri səhvlər izah edilib.
Məlumat üçün bildirək ki, II və III qruplar üzrə qəbul imtahanlarında 28 000-dən çox abituriyent iştirak edib və bu abituriyentlərin ümumilikdə 252 000-dən çox tapşırıq üzrə yazı işi yoxlanılıb.