Azərbaycan ATƏT Parlament Assambleyası ilə siyasi dialoqu yüksək qiymətləndirir.
ONN media Trend-ə istinadən xəbər verir ki, bu barədə bir müddət əvvəl Vyanada qurumun Daimi Şurasında ATƏT PA-nın prezidenti Georgi Sereteli tərəfindən səsləndirilən şərhə cavab olaraq Azərbaycanın ATƏT-dəki missiyasının bəyanatında deyilir.
Bəyanatda qeyd olunur ki, son illərdə tərəflər arasında siyasi dialoqun və fikir mübadiləsinin aparılmasında tərəqqi əldə olunub.