Bu gün Bakı-Qazax yolunun Hacıqabul rayonundan keçən hissəsində ağır yol qəzası baş verib.
ONN media xəbər verir ki, magistralın Padarçöldən keçən hissəsində ağırtonnajlı yük maşınları toqquşub.
Belə ki, “CocaCola” şirkətinin məhsulları ilə dolu olan TIR arxadan un daşıyan KamAz-a çırpılıb. Hadisə nəticəsində hər iki yük maşını aşıb və yükləri ətrafa dağılıb.
TIR-ın sürücüsü aldığı xəsarətdən hadisə yerində keçinib.
Hadisə ilə bağlı araşdırma aparılır.