Gözəl Şahməmmədova Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Ümumi şöbəsinin müdiri təyin edilib.
ONN media xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov sərəncam imzalayıb.
Qeyd edək ki, Gözəl Şahməmmədova bu təyinata qədər Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Təltif və kadrlarla iş sektorunun müdiri vəzifəsində çalışıb.