Bakıda fəhlə faciəvi şəkildə ölüb.
ONN media xəbər verir ki, hadisə yanvarın 21-də saat 12 radələrində, paytaxtın Nizami rayonu, H.Əliyev prospekti, 115 ünvanında yerləşən yaşayış binasında qeydə alınıb.
Belə ki, İKMA Services MMC tərəfindən lift quraşdırması zamanı həmin şirkətdə quraşdırıcı işləyən 1998-ci il təvəllüdlü Musa Dəmirov liftin hərəkət etməsi nəticəsində şaxtada liftlə tavanın arasında sıxılaraq ölüb.
Faktla bağlı Nizami rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 162-ci maddəsi ilə cinayət işi başlanılıb.