“Tottenhem” klubu futbolçusu Kristian Eriksenlə yollarını ayırıb.
ONN media xəbər verir ki, 27 yaşlı yarımmüdafiəçi İtaliyanın “İnter” klubuna keçib. Futbolçu ilə 2024-cü ilin yayına qədər müqavilə imzalanıb.
İtaliya mətbuatı bu tarnsferin 20 milyon avroya başa gəldiyini yazsa da, komanda tərəfindən rəsmi məlumat açıqlanmayıb.