Sahilə çıxan 30 tonluq balina hər kəsi heyrətləndirdi – FOTOLAR
16 Noyabr 2017 - 21:52
Braziliyanın Rio-de-Janeyro şəhərinin kənarındakı bir plyaja çıxan 30 tonluq balinanın uzunluğu 14 metrdir. Balinanın fotoşəkilləri bu gün dünya mediasında yayılıb.
Mütəxəssislər balinanın 5-6 gün bundan əvvəl öldüyünü bildirərək əhaliyə həmin əraziyə yaxınlaşmamaq barədə xəbərdarlıq ediblər. Sahildəki insanlardan bəziləri bu balina ilə selfi çəkdiriblər. Uşaqlar isə gördükləri mənzərədən qorxublar.