Naxçıvan Muxtar Respublikasına gediş-gəliş nəzərdə tutulmur. Bu gediş-gəliş vəziyyətdən asılı olacaq.
ONN media xəbər verir ki, bunu Nazirlər Kabinetinin mətbuat katibi İbrahim Məmmədov Operativ Qərargahın brifinqində deyib.
O bildirib ki, Bakı, Sumqayıt, Lənkəran və Gəncə xaric, bütün ölkə ərazisində kafe-restoran, ictimai iaşə obyektləri fəaliyyət göstərəcək:
“Lakin onların fəaliyyəti ilə bağlı qaydalar “Metodiki qaydalar”da əks olunacaq. Burada işçilər və müştərilərin davranışları barədə qaydalar da əks olunacaq”.